Pentaqon "Patriot" və "THAAD" hava hücumundan müdafiə sistemləri üçün sursat istehsalının genişləndirilməsi məqsədilə "Lockheed Martin" və "Northrop Grumman" korporasiyaları ilə dəyəri 3 milyard dollardan çox olan müqavilələr imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyindən bildiriblər.
Məlumata görə, iki çərçivə sazişi gələcəkdə "Patriot" üçün "PAC-3" raketlərinin istehsal həcmini üç dəfə, "THAAD" sistemləri üçün isə dörd dəfə artırmağa kömək edəcək.
"Northrop Grumman"dan dəqiqləşdiriblər ki, "PAC-3" raketləri üçün mühərrik və digər sistemlərin istehsalına 2 milyard dollar, yeddi il ərzində "THAAD" komponentlərinin istehsal həcminin artırılmasına 1 milyard dollar yönəldiləcək.

Şərhlər