Menu

İstanbulda torpaq sürüşməsi baş verib - Dağıntılar altında qalanlar var

03.08.2026, 21:02
İstanbulda torpaq sürüşməsi baş verib - Dağıntılar altında qalanlar var

Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda torpaq sürüşməsi baş verib.

Bu barədə DHA məlumat yayıb.

Məlumata görə, əraziyə yanğınsöndürmə, xilasetmə, tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Hazırda dağıntılar altında qaldığı ehtimal olunan şəxslərin axtarış-xilasetmə işləri aparılır.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol