Menu

Türkiyədə mikroavtobus qəzaya düşüb -18 nəfər yaralanıb

03.08.2026, 22:52
Türkiyədə mikroavtobus qəzaya düşüb -18 nəfər yaralanıb

Türkiyənin Malatya vilayətində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun yük maşınına arxadan çırpılması nəticəsində 18 nəfər yaralanıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm əməkdaşları cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol