Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi Qara dənizdə dron hücumuna məruz qalan "NADEZHDA" adlı Ro-Ro gəmisində 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 heyət üzvünün olduğunu və gəmidəki dənizçilərin Rusiya dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edildiyini açıqlayıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Gəmiyə ziyan dəydiyi bildirilib: "Gəmidəki dənizçilərin Rusiyaya məxsus dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edildiyi məlum olub. İlkin məlumatlara görə, 3 heyət üzvünün vəziyyəti ağırdır. Gəmidə yanğın davam edir və bölgədə dron hücumu riskinin qalması səbəbindən xilasetmə əməliyyatı həyata keçirilə bilmir. Məsələ ilə bağlı proseslər izlənilir".

Şərhlər