Menu

Türkiyə Silahlı Qüvvələri ilə bağlı mühüm qərarlar veriləcək

04.08.2026, 08:56
Türkiyə Silahlı Qüvvələri ilə bağlı mühüm qərarlar veriləcək

Türkiyənin Ali Hərbi Şurası bu gün ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq və Silahlı Qüvvələrlə bağlı mühüm qərarlar gözlənilir.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrindəki təyinat, təqaüdə göndərilmə və xidmət müddətlərinin uzadılmasına dair qərarlar qəbul ediləcək. Bəzi şəxslərin vəzifə və rütbəsi artırılacaq, bir qisminin isə təyinatı dəyişdiriləcək.

Generallar, admirallar və polkovniklərin xidmət müddətlərinə dair dosyelər nəzərdən keçiriləcək.

Şura qərarları prezidentin təsdiqindən sonra açıqlanacaq. Ərdoğanın sədrliyi ilə keçirilən iclasda ədliyyə maziri Akın Gürlek, daxili işlər naziri Mustafa Çiftçi və Quru Qoşunları Komandanı Metin Tokel ilk dəfə iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol