Nüvə İranına Qarşı Birlik (UANI) təşkilatı bildirib ki, 14 iyunda ABŞ ilə Anlaşma Memorandumun imzalanmasından sonra Oman körfəzindən yola düşən İran nefti və neft-kimya məhsulları daşıyan 66 tankerin hərəkəti izlənilib.

Təşkilatın hesablamalarına əsasən, həmin yüklərin ixracı nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 6 milyard dollardan çox gəlir əldə edib.

UANI bildirib ki, bu vəsaitlər İranın raket və dron proqramlarının maliyyələşdirilməsinə yönəldilir.

Təşkilat qeyd edib ki, Çinə ixrac olunan İran neftinin dəqiq həcmi və satış qiymətləri açıqlanmadığı üçün hesablamalar təxmini xarakter daşıyır. UANI-nin qiymətləndirməsinə görə, İran nefti beynəlxalq bazar qiymətindən hər barel üçün təxminən 10–12 dollar aşağı qiymətə satılır.

"AzPolitika.info"