Bakıda cəzaçəkmə müəssisəsində məhkum vəfat edib.

"AzPolitika" Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxt ərazisində yerləşən həbsxanalardan birində qeydə alınıb.

Məlumata əsasən, həmin müəssisədə cəza çəkən 67 yaşlı Məhərrəm Nəsir oğlu İmanquliyev dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm İmanquliyev 2020-ci ildə Quba rayonunun Barlı kəndində öz qızı, 1991-ci il təvəllüdlü Zeynəbi öldürməkdə təqsirli bilinib. O, məhkəmə hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.