Menu

Ermənistanda məhkum məhkəmə zalından qaçdı

04.08.2026, 13:25
Ermənistanda məhkum məhkəmə zalından qaçdı

Ermənistanda məhkum İrəvanın Nor-Nork inzibati rayonunun məhkəmə binasından qaçıb.

“AzPolitika” xəbər verir ki, bu barədə yerli Shamshyan.com saytı məlumat yayıb.

Bildirilir ki, hadisə avqustun 3-ü baş verib. Belə ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən dərhal sonra məhkəmə zalından qaçmağa müvəffəq olub.

Hazırda adı açıqlanmayan həmin şəxsin yerinin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.(qafqazinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol