Ukrayna prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Rusiyanı zəiflətməyə yönəlmiş yeni əməliyyatlar həyata keçirəcəyini açıqlayıb.

"AzPolitika"nın məlumatına görə, Zelenski bu barədə “Telegram” hesabında paylaşım edib. 

O qeyd edib ki, Rusiyanın təcavüzünə qarşı əməliyyatlarla bağlı hesabat təqdim olunub, Ukrayna Təhlükəsizlik Xidmətinin yaxşı nəticələri var və o, yeni əməliyyatları təsdiqləyib.

Bu gün – avqustun 4-də Zelenskinin göstərişi ilə həyata keçirilən və Rusiyanı zəiflətməyə yönəlmiş 40 günlük əməliyyat başa çatıb.

Zelenski həmçinin SBU rəhbərinə xidmətin daxilində yalnız öz maraqları üçün çalışan şəxslərin təmizlənməsi üzrə əlavə addımları da təsdiqləyib. 40 günlük təsir əməliyyatı iyunun sonlarında elan olunmuşdu və uzunmənzilli zərbələr, sanksiya tipli tədbirlər vasitəsilə Rusiya üzərində təzyiqi artırmaq məqsədi daşıyırdı.