Menu

İstifadə müddəti bitmiş məhsulların aqibəti necə olur? - VİDEO

04.08.2026, 17:48
İstifadə müddəti bitmiş məhsulların aqibəti necə olur? - VİDEO

Günümüzdə marketlərdə alıcılara minlərlə çeşiddə ərzaq məhsulu təklif edilsə də, onların heç də hamısı müştərisini tapmır. Beləliklə, məhsulların bir hissəsinin istifadə müddəti market rəflərində bitir.

"AzPolitika" xəbər verir ki, rəsmi statistikaya görə, təkcə 2026-cı ilin birinci yarısında əhaliyə ümumi dəyəri 16 milyard manatdan çox ərzaq məhsulu satılıb. Bu isə sözügedən sahədə mal dövriyyəsinin həcminə aydınlıq gətirir.

Maraqlıdır, bəs istifadə müddəti bitmiş məhsulların aqibəti necə olur?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, istifadə müddəti bitmiş məhsullar əvvəlcə satış zalından çıxarılır, daha sonra distribütora təhvil verilir və istehsalçıya qaytarılır. Onun sözlərinə görə, bundan sonrakı mərhələ ilə bağlı şəffaflıq yoxdur.

Eyyub Hüseynov qeyd edib ki, müxtəlif vaxtlarda dövlət orqanları yararlılıq müddəti bitmiş məhsulların üzərində dəyişiklik edilərək yenidən dövriyyəyə buraxılması faktlarını da aşkarlayıblar.

Şərhlər

Ant-polit Eli 2026-08-04 22:32:30

Sosializmdən daha dəqiq və tər-keyfiyyət rəqabətli özəl-müstəqil iqtisadiyyat ölkəmizin əhalisi artmasına baxmayaraq, tam tərsinə burada istehsalı mümkün sənaye məhsulları istehsalını xam ixracla azaltması bir yana, onlara xidmət işlərini xaricə çıxarmış, işsizlyə rəvac vermiş olub? Ölkə əhalisin 44%i kənd əhalisi olmasına baxmayaraq, ən vacib təravəti süd-ağartı məhsulları,və kərə istehsal konkret sərnayə ilə həll olunma əvəzinə hələ də asılı qalıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol