Azərbaycanın "Turan Tovuz" futbol klubu yeni tərəfdaşlıq müqaviləsinə imza atıb.
"AzPolitika" xəbər verir ki, Tovuz təmsilçisi "PickEye Group" şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb.
Sazişin imzalanma mərasimindən əvvəl çıxış edən klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev müqavilənin maliyyə dəyərinin 2 000 000 dollar təşkil etdiyini bildirib.

Şərhlər