ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla münaqişə çərçivəsində keçirilən hərbi əməliyyatlar zamanı ABŞ hərbçiləri arasında itkilərlə bağlı yenilənmiş statistikanı açıqlayıb.

Pentaqonun məlumatına görə, ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlamasından bu yana 687 ABŞ hərbçisi yaralanıb.

Hesabatda bildirilir ki, əməliyyat zamanı 417 hərbçi yaralanıb, 14 hərbçi isə həlak olub.

Pentaqon həmçinin 7 iyuldan etibarən xaricdə aparılan əməliyyatlar üzrə ayrıca statistika dərc edir. Bu məlumatlara əsasən, həmin dövrdə 4 ABŞ hərbçisi həlak olub, 270 hərbçi isə yaralanıb. 

"AzPolitika.info"