Menu

Paşinyan müdafiə nazirindən narazıdır - İDDİA

05.08.2026, 15:15
Paşinyan müdafiə nazirindən narazıdır - İDDİA

Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın fəaliyyətindən narazıdır.

"AzPolitika" xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Paşinyan Papikyanı yenidən müdafiə naziri təyin etsə də, o, sektordakı vəziyyətin acınacaqlı olması səbəbindən Papikyandan son dərəcə narazıdır. Baş nazir hətta onunla sərt danışıq da aparıb. Bir vaxtlar Paşinyan Papikyanı vəzifəsindən azad etməyi planlaşdırıb, amma müdafiə naziri vəzifəsinə başqa uyğun namizəd olmayıb. Paşinyanın Papikyana qarşı narazılığı ictimai tənqidlə bağlıdır. Söhbət sülh dövründə orduda artan itkilərlə bağlı vətəndaşların iradlarından gedir”, - məlumatda deyilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol