Menu

Sulutəpədə avtoservisdə yanğın baş verib

06.08.2026, 00:53
Sulutəpədə avtoservisdə yanğın baş verib

Bakının Sulutəpə qəsəbəsində yerləşən avtoservislərdən birində yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol