Menu

"İranla razılaşma əldə etməyə üstünlük verərdim" - Tramp

06.08.2026, 08:57
"İranla razılaşma əldə etməyə üstünlük verərdim" -   Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və razılaşmaya nail olmağa ümid etdiyini bildirib.

APA xəbər verir ki, Amerika lideri bu barədə Nevada ştatının Las-Veqas şəhərinin ətrafında çıxışı zamanı danışıb.

"İnsanları öldürmək istəmədiyim üçün razılaşma əldə etməyə üstünlük verərdim. Amma biz dialoq aparırıq. Gəlin görək nə baş verəcək", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-yə hörmətlə yanaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol