Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2026-cı ildə ötən illə müqayisədə üçdə iki dəfə azalıb və azalmağa davam edəcək.
"AzPolitika" xəbər verir ki,bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
Overçuk deyib ki, son üç-dörd ildir ki, Ermənistandakı həmkarları ilə bu cür risklərin, xüsusən də ticarət dövriyyəsinin azalması riskinin mövcud olduğu barədə danışırlar. O, əlavə edib ki, Rusiya-Ermənistan ticarəti 2024-cü ildə təxminən 12 milyard dollarla pik həddə çatıb. Keçən il isə bu rəqəm təxminən 8 milyard dollara düşüb.
Aleksey Overçuk AİB ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalmasını gözlənilən olduğunu qeyd edib: "Vəziyyət elədir ki, açıq-aydın azalma davam edəcək".
May ayının sonundan etibarən Rosselxoznadzor Ermənistandan bir çox malın idxalını tədricən qadağan edib. Xüsusilə, məhdudiyyətlər gül, pomidor, xiyar, çiyələk, albalı, alma, spirtli içki və süd məhsullarına şamil edilir. Rusiya hakimiyyəti tədbirlərin müvəqqəti olduğunu və fitosanitar qaydalarla əlaqəli olduğunu iddia edir. Ermənistan Mərkəzi Bankı məhdudiyyətlər səbəbindən ölkənin ÜDM-də 2% azalma riski barədə xəbərdarlıq edib . Ermənistanın Baş naziri Nikol Paşinyanın deyib ki, əgər məhdudiyyətlər yaxın həftələrdə həll olunmazsa, bu, AİB-nin sonunun başlanğıcı olacaq.
E. Səlimov
AzPolitika.info

Şərhlər