Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 11 milyard 474,1 milyon manat vergi daxil olub.
"AzPolitika" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 %, proqnozdan isə 8 % çoxdur.
7 aylıq vergi daxilolmalarının 8 milyard 488,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 11,8 %, proqnozdan isə 3,1 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Şərhlər