Menu

Zərdabda "Mercedes" dirəyə çırpıldı - Ölən var

06.08.2026, 17:43
Zərdabda "Mercedes" dirəyə çırpıldı - Ölən var

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"AzPolitika" oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova hadisə yerində ölüb, R.İsmayılov və digər iki sərnişin ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol