Sabah Bakının Sabunçu rayonunun bir sıra ərazilərində qaz olmayacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxanov qəsəbəsinin M.Əmirov, R.Qəmbərov, R.Axundov, S.Qocayev, K.Kamilov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Şərhlər