Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan yeni hərbi ittifaq yaratmağa hazırlaşır. Müqavilənin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanması gözlənilir.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat yayıb.

Bildirilib ki, bu üç ölkə Yaxın Şərqdə və digər bölgələrdə baş verən böhranları birlikdə həll etmək üçün güclərini birləşdirəcək.

Yaradılan ittifaqı xüsusilə önəmli edən məqam isə bura Pakistanın da qoşulmasıdır. Çünki Pakistan dünyada nüvə silahına sahib olan yeganə islam ölkəsidir.