Rusiya Prezidenti Vladimir Putin hərbi və siyasi elitanı tam nəzarətdə saxlamaq üçün Federal Təhlükəsizlik Xidmətinə (FSB) arxalanır.

"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ukraynadakı müharibə ilə bağlı artan narahatlıqlar fonunda Putinin hakimiyyətini qorumaq tapşırığı verdiyi bir vaxtda, Rusiya elitası daxilində FSB-nin artıq nəzarətdən çıxdığına və toxunulmaz gücə çevrildiyinə dair ciddi narahatlıqlar yaranıb.

Kremlə yaxın mənbələr bildirir ki, "Telegram"ın həmtəsisçisi, milyarder Pavel Durova qarşı terrorizm ittihamlarının irəli sürülməsi də FSB-nin ölkədə artan təzyiq və nüfuz dalğasının növbəti bariz sübutudur.

E. Səlimov

AzPolitika.info