Menu

Ağdaşda erkən nikahın qarşısı alınıb

07.08.2026, 19:02
Ağdaşda erkən nikahın qarşısı alınıb

Ağdaşda erkən nikahın qarşısı alınıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olmadığı məlum olub.

Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri hər iki tərəfin valideynləri ilə izahedici söhbətlər aparıb, qeyd olunan halın hüquqazidd olması diqqətlərinə çatdırılıb.

Faktla bağlı zəruri bütün tədbirlər icra edilib, planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol