Menu

15 yaşlı yeniyetmə kanalda boğulub

07.08.2026, 19:23
15 yaşlı yeniyetmə kanalda boğulub

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə kanalda çimərkən boğularaq ölüb.

Hadisə rayonun Bünyatlı kəndi ərazisində baş verib.

Belə ki, rayonun Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu Bünyatlı kəndi ərazisindəki su kanalında çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol