Ötən gecə Rusiya Kiyev vilayətinə növbəti hava hücumu təşkil edib. Nəticədə biri uşaq olmaqla üç nəfər həlak olub. 

“AzPolitika” xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko mediaya məlumat verib. O qeyd edib ki, hücum nəticəsində biri uşaq olmaqla, 3 nəfər həlak olub.

Brovarski rayonunun Puxovka kəndində Rusiya hücumu nəticəsində ikimərtəbəli fərdi evdə yanğın baş verib.

"Təəssüf ki, 2022-ci il təvəllüdlü bir uşaq da daxil olmaqla üç nəfər həlak olub. Üç nəfər də yaralanıb. Xilasedicilər və bütün zəruri xidmətlər hadisə yerində işləyir. Hadisənin nəticələrinin aradan qaldırılması davam edir. Rusiya mülki əhaliyə qarşı terroru davam etdirir", - deyə o bildirib.

“AzPolitika.info”