Menu

“Liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk” - Səfirlik

08.08.2026, 12:20
“Liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk” - Səfirlik

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Vaşinqton sammitinin birinci ildönümü münasibətilə bəyanat yayıb.

“AzPolitika” xəbər verir ki, səfirliyin sosial şəbəkə hesablarında paylaşılan bəyanatda deyilir: “Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk. Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir. Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol