Menu

Liviyada PUA neft emalı zavodunda rezervuara çırpılıb

08.08.2026, 12:48
Liviyada PUA neft emalı zavodunda rezervuara çırpılıb

Liviyada pilotsuz uçuş aparatı (PUA) Zaviyədəki neft emalı zavodunda (NEZ) nafta qarışığı olan rezervuara çırpılıb, nəticədə sızma baş verib.

"AzPolitika" xəbər verir ki, bu barədə "Zawia Oil Refinery" şirkəti bildirib.

Şirkətin məlumatına görə, əməkdaşlar sızmanı lokallaşdıra biliblər. Hadisə nəticəsində yanğın və yaralananlar qeydə alınmayıb.

Şirkət NEZ-in ərazisinə yaxın məsafədə hərbi texnikanın olması ilə bağlı təhlükə barədə xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol