Rusiyanın NATO-ya qarşı allergiyası var.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib.
"Rusiyanın NATO-ya qarşı allergiyası var. Rusiya-Ukrayna müharibəsi davam edir, Türkiyə də NATO üzvüdür və alyans ölkələri Kiyevi dəstəkləyir. Lakin Ankaranın Kiyev və Moskva ilə münasibətlərinin tərəfləri qıcıqlandıracağını düşünmürəm, çünki vasitəçiyə ehtiyac var və bu işi Türkiyə həyata keçirir", - H. Fidan bildirib.
Onun sözlərinə görə, Türkiyə ilə bağlı suallar Yaxın Şərqdəki eskalasiya ətrafında da yaranır: "Burada əsas məsələ Türkiyənin tutduğu düzgün mövqedir".

Şərhlər