Türkiyənin Şimali Marmara magistral avtomobil yolunda ölümlə nəticələnən ağır qəza baş verib.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, hadisə magistralın Kocaeli vilayətindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, idarəetmədən çıxan minik avtomobili tunelin divarlarına çırpılıb. Nəticədə avtomobildə olan dörd nəfərdən üçü ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.

Şərhlər