Menu

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

09.08.2026, 11:47
Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol