Menu

Rusiya Xarkova zərbə endirib - Ölən və yaralananlar var

09.08.2026, 11:56
Rusiya Xarkova zərbə endirib - Ölən və yaralananlar var

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.

"Report"un məlumatına görə, bu barədə şəhər meri İqor Terexov bildirib.

"Xarkovun Saltovsk rayonunda çoxmərtəbəli yaşayış binasına, eləcə də qonşu binaya zərbə endirilib. Binanın içərisində insanlar qalıb; xilasetmə əməliyyatı başlayıb", - o, sosial şəbəkə hesabında yazıb.

Mer əlavə edib ki, zərbə nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol