Menu

Əlibala Əsgərov vəfat edib

10.08.2026, 09:55
Əlibala Əsgərov vəfat edib

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” təşkilatının təsisçilərindən biri, ictimai xadim Əlibala Əsgərov vəfat edib.

"AzPolitika" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, avqustun 9-u axşam saatlarında dünyasını dəyişib.

70 yaşlı Ə.Əsgərovun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Əlibala Əsgərov uzun müddət Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində fəaliyyəti ilə tanınıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol