Rusiya Ali Məhkəməsi "Rodina" partiyasının iddiaları əsasında "Yabloko" partiyasının Dövlət Dumasında seçki siyahısının ləğv edilməsi ilə bağlı qaldırılan iddiaya baxmağa başlayıb.

"AzPolitika" teleqram kanallarına istinadla xəbər verir ki, "Rodina" partiyasının sədri, Dövlət Dumasının deputatı Aleksey Juravlyov "Yabloko"nun seçkilərdən kənarlaşdırılması üçün üç əsas səbəb göstərib:

-Sosial şəbəkələrdə seçki fondundan ödəniş edilmədən təşviqat materiallarının yayılması;

-Fotoların və süni intellekt (ChatGPT) tərəfindən yaradılmış təsvirlərin (keçmiş prezident Dmitri Medvedev, bloger Viktoriya Bonya və "Hərb və sülh" filmindən kadrlar) icazəsiz istifadəsi;

-Partiyanın saytında LGBT-yə dəstək materiallarının yerləşdirilməsi və "Atəşkəs sazişi haqqında" çağırışlar. İddiaçı tərəf sülh çağırışlarını Rusiya ərazisinin "azad edilməsindən imtina" kimi qiymətləndirib.

Bundan əlavə, bir neçə başqa partiyanın rəhbərləri də Ukraynadakı müharibənin dayandırılmasını tələb etdiyi üçün "Yabloko"nu "qeyri-vətənpərvər" mövqe tutmaqda günahlandıraraq seçkilərdən çıxarılmasını tələb ediblər.

"Yabloko" rəhbərliyi Juravlyovun bəyanatlarını böhtan adlandırıb. Partiya rəsmiləri, xaricdə yaşayan bir sıra rusiyalı müxalifətçilərin onlara verdiyi dəstəyin də "Yabloko"nun rəsmi təşviqat kampaniyası ilə heç bir əlaqəsinin olmadığını bildiriblər.

Rasim Əliyev

"AzPolitika.info"