Rusiya son zamanlar müəyyən növ raketlərin istehsal planını artıqlaması ilə yerinə yetirir və Ukrayna ərazisinə kütləvi raket zərbələrini dayandırmaq niyyətində deyil. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəis müavini Vadim Skibitski “RBC-Ukrayna”ya müsahibəsində bildirib.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya hərbi sənayesində istehsal qeyri-bərabər bölünür - bəzi raket növlərinin buraxılışına üstünlük verildiyi halda, digərlərinin istehsalı tamamilə dayandırılıb.
İstehsal dinamikası və əsas rəqəmlər iyul ayı üzrə istehsal planı 140% icra olunub. Avqust ayı üçün 72 ədəd istehsal edilməsi nəzərdə tutulur.
“Kalibr” istehsalı üçüniyul planı 111% yerinə yetirilib. Avqust hədəfi 26 ədəddir.X-35 ən yüksək artım göstərərək iyul planını 200% üstələyib.
Aprel ayından etibarən X-32 (“Xəncəl”) hiper-səsli raketlərin istehsalı dayandırılıb. Rusiya hərbi rəhbərliyi daha dəqiq raket tiplərinə üstünlük verir.
Skibitski qeyd edib ki, iyul ayında Ukrayna ərazisinə 153 qanadlı və 198 balistik raket atılıb ki, bu da cari ilin ən yüksək göstəricisidir. Hazırda Rusiya ayda 3-4 güclü kombinəedilmiş zərbə endirmək potensialını saxlayır.
Kiyev və ətraf vilayətlərə endirilən son zərbələrin əsas hədəfi Ukraynanın hərbi-sənaye kompleksi müəssisələri olub. Moskva bu addımla Ukraynanın öz balistik raket istehsalını genişləndirməsinə mane olmağa çalışır.
Hərbi ekspertlərin qiymətləndirməsi Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi (“Madyar”) “Associated Press”ə müsahibəsində bildirib ki, Rusiya ordusu eyni anda 77 balistik raket buraxmaq qabiliyyətinə malikdir və bu göstəricini 200-ə çatdırmağı planlaşdırır. Brovdinin sözlərinə görə, bu təhdidin qarşısını almağın yeganə effektiv yolu Rusiyadakı raket zavodlarına birbaşa zərbələr endirməkdir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər