İyunun 16-da Qubanın Tüləkəran yolunda baş verən torpaq sürüşməsi nəticəsində yolun bir hissəsi dağılıb və nəqliyyatın hərəkəti dayanıb. Hadisə səbəbindən 6 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
"AzPolitika" xəbər verir ki, məsələnin həlli üçün əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və kəndlərlə nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə əsas yolun kənarında alternativ marşrut yaradılıb.
Hazırda sürücülər həmin yoldan istifadə etsələr də, sakinlər yolun vəziyyətindən narazıdırlar. Onların sözlərinə görə, alternativ yolda hərəkət onsuz da çətindir, yağışlı havalarda isə yol daha da bərbad vəziyyətə düşərək sürücülər üçün ciddi problem yaradır.

Şərhlər