Venesuelada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6 301 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin "Telegram" kanalında dərc olunmuş həftəlik bülletendə bildirilir.
Məlumata görə, əməliyyatlar zamanı 6 462 nəfər xilas edilib, 73 356 nəfər tibbi yardım alıb. Evsiz qalanlara 287 ev verilib, zədələnmiş 53 314 obyekt yoxlanılıb və qiymətləndirilib.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib. Əsas təkanlardan sonra 1 500-ə yaxın afterşok qeydə alınıb.

Şərhlər