Böyük Britaniyanın “Radio Caroline” radiostansiyası səhvən dinləyicilərə Kral III Çarlzın vəfat xəbərini elan edib.
"AzPolitika" xəbər verir ki, hadisə may ayında “The Barry Marsh Show” proqramının efiri zamanı baş verib.
Efirdə 77 yaşlı Kralın vəfat xəbəri elan olunduqdan sonra milli himn səsləndirilib, bundan sonra təxminən 16 dəqiqə ərzində sükut olub.
Bunun ardınca, proqramın aparıcısı dinləyicilərdən üzr istəyib və baş verənlərin texniki səhv olduğunu izah edib.
Bildirilib ki, həmin hazır yazını təsadüfən studiya kompüterinin texniki xidməti ilə məşğul olan əməkdaş işə salıb. O, əvvəlcədən hazırlanmış audiofayllara giriş əldə edib və yazının canlı efirdə yayımlanacağını anlamadan maraq səbəbindən onları qoşub.
Məlumata görə, əməlini dərk edən həmin əməkdaş faylın efirə verilməsini dayandırıb, panikaya düşüb və studiyanı tərk edib.
İnsidentdən sonra faylları işə salan əməkdaşa töhmət verilib.

Şərhlər