Rusiyanın Dnepropetrovsk və Zaporojye vilayətlərində kütləvi hücumları nəticəsində on nəfər həlak olub, 26 nəfər yaralanıb. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun məlumatında belə deyilir.

Məlumata görə, 10 avqust axşamı və 11 avqusta keçən gecə Rusiya qoşunları Dnepropetrovsk vilayətinə və Zaporojyeyə kütləvi hava hücumu həyata keçirib. Dnepropetrovsk bölgəsində 4 nəfər, o cümlədən 15 yaşlı bir oğlan həlak olub. Üçü azyaşlı olmaqla daha yeddi nəfər yaralanıb.

Zaporojyeyə raketlər və idarə olunan bombalarla zərbə endirilib və nəticədə altı nəfər həlak olub: beş kişi və bir qadın. Prokurorluğun məlumatına görə, səhər saat 9-a olan məlumata görə, 19 nəfər yaralanıb.

Əlavə olunur ki, hücumlar nəticəsində yaşayış binalarına, sənaye infrastruktur obyektlərinə, qeyri-yaşayış sahələrinə və qarajlara, mağazaya və anbar binalarına ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 11 avqust gecəsi (10 avqust saat 18:00-dan başlayaraq) düşmən Rusiya Federasiyasının Kursk, Rostov, Voronej və Oryol bölgələrindən Zaporojye və Kiyevə “Sirkon” və “İskander-M/KN-23” ballistik raketləri ilə hücum edib.

“AzPolitika.info”