Menu

Ermənistanda böyük vergi yeyintisi - Çarukyanın şirkəti milyardları gizlədib

11.08.2026, 12:44
Ermənistanda böyük vergi yeyintisi - Çarukyanın şirkəti milyardları gizlədib

Ermənistan Dövlət Gəlirləri Komitəsi tanınmış iş adamı, siyasətçi Qagik Çarukyana məxsus müntəzəm sərnişindaşıma ilə məşğul olan “Multi Transport” şirkətində külli miqdarda vergidən yayınma faktı aşkar edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın müvafiq qurumunun yaydığı rəsmi məlumatda bildirilir.

Məlumata görə, “Multi Transport” şirkəti Ermənistan Respublikasının dövlət büdcəsinə 1,1 milyard dram (təxminən 2,8 milyon dollar) həcmində vergi ödəməyib.

Aparılan yoxlamalar nəticəsində şirkətin təqdim etdiyi xidmətlərin həqiqi həcminin gizlədildiyi məlum olub. Belə ki, 2025–2026-cı illər ərzində şirkətin satış dövriyyəsi sənədlərdə təxminən 4,3 milyard dram (11 milyon dollardan çox) az göstərilib.

Faktla bağlı araşdırmaların və vergi yayındırılması üzrə hüquqi proseslərin davam etdirildiyi bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol