Demokratik Konqo Respublikasında (DRK) Ebola qızdırmasından 2 mindən çox insan həyatını itirib.
Bu barədə Konqo hökuməti məlumat yayıb.
Xəstəliyin yeni epidemiyasının rəsmi elan edilməsindən təxminən üç ay sonra ölənlərin sayı 2 011 nəfər olub.
Həmin dövr ərzində rəsmi təsdiqlənmiş yoluxma hallarının sayı 4 381 olub. Onlardan 704-ü hazırda təcrid palatalarında müalicə alır. Məlumata görə, ölüm halları 45,9 faiz təşkil edir.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) direktoru Jan Kaseyanın sözlərinə görə, epidemiyanın ilk 12 həftəsində yoluxanların sayı 2014-2016-cı illərdə Qərbi Afrikada baş vermiş ən böyük Ebola epidemiyasının eyni dövrü ilə müqayisədə səkkiz dəfə çoxdur. O qeyd edib ki, ölənlərin sayı isə altı dəfədən çox yüksəkdir. /Trend

Şərhlər