İran Səudiyyə Ərəbistanının Yəməndəki "Ənsar Allah" hərəkatına qarşı addımlarına etiraz edib.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayətinin Səudiyyə Ərəbistanına müraciətində bildirilib.

"Husilərə zərər vermək İslam ümmətinə zərər verməkdir", - o bildirib.

Vilayətinin fikrincə, Ər-Riyad husilərlə gərginliyi azaldıb ABŞ-nin siyasətindən uzaq durmalıdır.

Xatırladaq ki, husilərin avqustun 9-da Yəmənin Moxa limanına hava hücumu nəticəsində azı yeddi nəfər həlak olub. Bu gün isə onlar Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü həlak olub.