ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyətlə bağlı növbəti ziddiyyətli açıqalmalarını verib.
“AzPolitika” xəbər verir ki, Qərb mediasında dərc edilən yeni açıqlamasında Tramp "İrana etibar etmədiyini" bildirib və ABŞ-nin Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib.
O, İranla bağlı mövcud vəziyyətin "yaxşı, həqiqətən də yaxşı getdiyini" bildirib.
"Hörmüz boğazına tam nəzarətimiz var. Onu biz özümüz idarə edirik, başqa heç kim yox. Donanmamız inanılmazdır və ölkəmiz əla işlər görür… Mən İrana etibar etmirəm. İranın etibar edə biləcəyi sonuncu insan da mənəm və onlar mənə dəfələrlə yalan danışıblar. Hazırda Hörmüz boğazına bizim tam nəzarətimiz var, onların yox", - Tramp əlavə edib.
“AzPolitika.info”

Şərhlər