Menu

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

12.08.2026, 13:56
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri - F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol