Menu

Ölkə ərazisində faktiki hava açıqlanıb

12.08.2026, 17:07
Ölkə ərazisində faktiki hava açıqlanıb

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 16:00-a olan məlumatında əks olunub.

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.

Belə ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxı, Xaltan, Altıağac, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Sarıbaş (Qax), Kişçay (Şəki), Şahdağda şimşək çaxır, arabir yağış yağır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol