Ermənistanın mövcud Konstitusiyası ölkəni hər an münaqişəyə sürükləyə bilər.
"AzPolitika" xəbər verir ki, bu barədə hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Taron Çaxoyan parlamentdə Dövlət və Hüquq Məsələləri üzrə daimi parlament komitəsi sədrinin seçilməsi zamanı keçirilən müzakirələrdə bildirib.
Çaxoyanın sözlərinə görə, mövcud Konstitusiya Ermənistanın münaqişələrə cəlb olunmasına şərait yaradır və ölkənin dövlətçiliyinə birbaşa təhdid təşkil edir.
Çaxoyan bildirib ki, Baş nazir Nikol Paşinyan yeni konstitusiyaya ehtiyac olduğunu hələ 44 günlük müharibədən əvvəl - 2020-ci ilin iyul ayında bəyan etmişdi.
Çaxoyan vurğulayıb ki, müxalifətin bu dəyişikliklərə qarşı çıxması xarici təsirlərlə bağlıdır:
“Müxalifətin konstitusiya dəyişikliklərinə qarşı mübarizəsi konkret geosiyasi mərkəzdən gələn birbaşa sifarişdir. Çünki həmin mərkəzin maraqları məhz mövcud Konstitusiya ilə təmin olunur”.
Erməni deputat bəyanatında söhbətin hansı xarici gücdən getdiyini açıqlamayıb.
E. Səlimov
AzPolitika.info

Şərhlər