Menu

Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib

12.08.2026, 21:28
Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib

Rusiyada "UTair" aviaşirkətinə məxsus, Tümendən Bakıya uçuş həyata keçirən təyyarə texniki səbəbdən Ufada məcburi eniş edib.

"Report"un verdiyi məlumata görə, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, 12 avqust saat 21:15 radələrində yerli vaxtla (Bakı vaxtı ilə 20:15) təyyarə "Ufa" beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.

Eniş normal rejimdə həyata keçirilib. Nəqliyyat Prokurorluğu nəzarət tədbirləri təşkil edib və sərnişinlərin hüquqlarına riayət olunmasına nəzarət edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol