Menu

Bu ilin ikinci Günəş tutulması başa çatıb

13.08.2026, 00:06
Bu ilin ikinci Günəş tutulması başa çatıb

Avqustun 12-də ilin ikinci Günəş tutulması olub.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib ki, bu, tam Günəş tutulmasıdır.

Qismən tutulma saat 19:34-də başlayıb və 23:57-də başa çatıb. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edib. Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib.

Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb.

Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib. Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol