Kolumbiyada baş verən zəlzələ nəticəsində ən azı 265 nəfər həlak olub, itkin düşənlərin sayı isə 496-ya yüksəlib.
"Report"un məlumatına görə, bunu Kolumbiya Prezidenti Abelardo de la Espriella bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində daha 3 494 nəfər xəsarət alıb.
Dövlət başçısı bildirib ki, 11 347 ev dağılıb, 53 526 evə ziyan dəyib, 140 bina uçub. Ümumilikdə 179 tibb müəssisəsinin konstruksiyalarına zərər dəyib.

Şərhlər