Menu

Simonyanın yeni vəzifəsi açıqlandı - Səfir olmayacaq

13.08.2026, 12:02
Simonyanın yeni vəzifəsi açıqlandı - Səfir olmayacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş Parlament sədri Alen Simonyanı Təhlükəsizlik Şurasının(TŞ) katibi təyin etmək niyyətindədir.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb.

7 iyun parlament seçkilərindən sonra vəzifəsiz qalan Simonyanın xeyli vaxtdır Paşinyandan müxtəlif vəzifələr istədiyi bildirilirdi.

Ermənistan mediasının yazdığına görə, Simonyan Paşinyandan Baş nazirin müavini və ya Böyük Britaniyadakı səfir vəzifəsini istəyib. Lakin onun bu istəkləri rədd edilib.

Son məlumata görə, Paşinyan rəsmən Armen Qriqoryanı TŞ katibi vəzifəsindən azad edib və onun yerinə Alen Simonyanı bu vəzifəyə təyin edib.  


“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol