Son 24 saat ərzində Ukraynda ordusunun 1320 hərbçisi öldürülüb.

"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin “Sever”, “Zapad”, “Yujnaya”, “Tsentr”, “Vostok” və “Dnepr” qruplaşmaları Xarkovdan Xersona qədər uzanan müxtəlif istiqamətlərdə Ukrayna ordusunun bölmələrinə qarşı hücumlar həyata keçirib.

Rusiya tərəfi həmçinin Xarkov vilayətində yerləşən Şçerbakovka yaşayış məntəqəsinə nəzarətin ələ keçirildiyini açıqlayıb.

Moskvanın iddiasına əsasən, müharibə başlayandan bəri Ukrayna ordusu ümumilikdə 673 təyyarə, 284 helikopter, 203 956 pilotsuz uçuş aparatı, 669 hava hücumundan müdafiə sistemi, 30 534 tank və digər zirehli döyüş maşını, 1 769 reaktiv yaylım atəşi sistemi, 36 120 artilleriya qurğusu və minaatan, həmçinin 68 984 hərbi dəstək vasitəsi itirib.

"AzPolitika.info"