Ukrayna Rusiyaya Qara dənizdə kommersiya gəmilərinə qarşı hücumların qarşılıqlı dayandırılmasını təklif edib.
Ukrayna mediası xəbər verir ki, təşəbbüs Türkiyənin vasitəçiliyi ilə Moskvaya çatdırılıb.
Ukrayna tərəfinin məlumatına görə, iyul ayından etibarən Qara dənizdə 218-dən çox gəmi hücumlara məruz qalıb. Kiyev Rusiyanın Odessa yaxınlığında taxıldaşıyan gəmilərə endirdiyi zərbələrin ölkənin dəniz yolu ilə ixracını faktiki olaraq dayandırdığını iddia edir.
Rusiya isə Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq olunması ilə bağlı rəsmi şəkildə heç bir təklif almadığını açıqlayıb.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun sözlərinə görə, son vaxtlar müxtəlif kanallar vasitəsilə moratorium və atəşkəs təşəbbüsləri barədə çağırışlar daxil olur. Lakin onun fikrincə, bu təkliflərin heç biri hələlik Rusiya tərəfinə rəsmi şəkildə təqdim edilməyib. /Apa

Şərhlər